Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib

Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib
14:42 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib.

Milli.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Romira" araşdırma holdinqinin hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, rəsmi statistik göstəricilərə əsasən, yanvarda inflyasiya 0,6% olduğu halda, "Romira"nın deflyator düsturu vasitəsilə hesabladığı real inflyasiya göstəricisi 3,2% təşkil edib. Bu da rəsmi rəqəmlərdən 5 dəfə artıqdır. Hesabata görə, inflyasiyanın sürətlənməsində əsas rolu 7% bahalaşan ərzaq məhsulları və 12% bahalaşan spirtli içkilər oynayıb. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/518118.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR