Masallıda daha bir ev uçub

Masallıda daha bir ev uçub
14:47 16 Fevral 2017
115 Ölkə
Ölkə mətbuatı
A- A+

Masallı. 16 fevral. REPORT.AZ/ Masallı rayonunda daha bir fərdi yaşayış evi uçub. 
“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, 52 yaşlı Qarğalıq kənd sakini Taleh Möhübbət oğlu Zeynalova məxsus yaşayış evi qarın ağırlığına tab gətirməyərək uçub.
Üç otaq və aynabənddən ibarət olan ev yaşamaq üçün yararsız hala düşüb. 
Masallı Rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının nümayəndələri evə baxış keçirib və tərtib olunmuş akt Fövqəladə Hallar Nazirliyinə göndərilib.
Komissiyanın rəyinə görə, evin uçmasına səbəb tikinti normalarının gözlənilməməsi olub.  






Xəbərin orijinal ünvanı: https://report.az/hadise/masallida-daha-bir-ev-ucub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR