Azərbaycan çempionatında zədələnən həndbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb

Azərbaycan çempionatında zədələnən həndbolçu təcili yardım maşını ilə xəstəxanaya aparılıb
15:12 16 Fevral 2017
90 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ "ABU Arena"da startı verilən qadın həndbolçular arasında Azərbaycan çempionatında xoşagəlməz olay baş verib. "Report"un məlumatına görə, açılış mərasimindən sonra "Azəryol" və "Nur" komandaları arasındakı görüş təcili yardım maşını gəlmədən başlayıb.
İlk yarının sonlarına doğru "Azəryol"un oyunçusu Yana Qornik toqquşma nəticəsində ayağından zədələnərək, yerdə qalıb. Bu zaman onu meydandan çıxarmağa xərək də olmayıb. Nəticədə digər həndbolçular onu qucaqlayaraq, çölə çıxarıblar. Zalda həkimlər olmadığı üçün o, bir müddət köməksiz vəziyyətdə qalıb. Yalnız 15-20 dəqiqə sonra təcili yardım maşını olay yerinə özünü çatdırıb. Zədəli həndbolçu həmin maşına mindirilərək, xəstəxanaya aparılıb.
Qeyd edək ki, hadisə Azərbaycan Həndbol Federasiyasının yeni prezidenti Saleh Məmmədovla Milli Olimpiya Komitəsinin vitse-prezidenti İsgəndər Əsgərovun gözləri qarşısında baş verib. 




Xəbərin orijinal ünvanı: https://report.az/komanda/azerbaycan-cempionatinda-hendbolcu-zedelenerek-tecili-yardim-masini-ile-xestexanaya-catdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR