Ermənistanda qəza nəticəsində 1 hərbçi ölüb, 2-si yaralanıb

Ermənistanda qəza nəticəsində 1 hərbçi ölüb, 2-si yaralanıb
15:17 16 Fevral 2017
106 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Buldozerin hərbi hissəyə gedən yolu təmizləməsi zamanı baş verən qəza nəticəsində Ermənistan ordusunun müddətdən artıq xidmət edən bir hərbi qulluqçusu ölüb, ikisi isə yaralanıb.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.
Məlumata görə, yolun təmizlənməsi zamanı Qaregin Minasyan, Armen Puxan və Vruyr Nersisyan bədən xəsarəti alıb. Qaregin Minasyan aldığı xəsarətdən xəstəxanaya aparılarkən yolda ölüb, digər yaralı hərbçi isə hospitala yerləşdirilib.
Hadisə ilə bağlı istintaq başlayıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/ermenistanda-qeza-neticesinde-1-herbci-olub-2-si-yaralanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR