“Günah məni qocaltmışdı” - FOTOLAR

“Günah məni qocaltmışdı” - FOTOLAR
15:18 16 Fevral 2017
640 Şou
Ölkə mətbuatı
A- A+

Xuraman Şuşalı 16 fevral tarixinin həyatında çox böyük əhəmiyyət kəsb etdiyini etiraf edib.

Publika.az xəbər verir ki, ifaçı sosial şəbəkədə dindar olması ilə bağlı səmimi açıqlamalar verib.

“Bu gün mənim həyatımda ən önəmli, unudulmaZ bir gündür. 16.02.2013-cü il tarixində sübh namazında tövbə edib, hicaba keçdim. Bu böyük addımı atdığım üçün elə ağlayırdım ki... Çünki özümü tanıyandan hicaba keçmək istəmişəm. Ancaq şeytan nəfsimə güc gəlməyə imkan vermirdi. Şükür, Allahım mənə güc verdi. Ömrümün günah içində keçməyinə, nəfsimin qulu olmağıma imkan vermədin. Düzdür, hicabım kamil deyil, ancaq sən rəhmlisən, zalım deyilsən. Hicabla ruhuma rahatlıq verdin. Günah məni qocaltmışdı, ruhum qocalmışdı. 2005-ci ildən namaz qılıram, amma hicabla namazımı daha mükəmməl etdim. Şükür Allahım, nəfsimi mənə qul etdin. Təşəkkürlər, ya Rəbbim. Tövbə qapısını biz bəndələriniz üçün açıq qoymusan. Rahatlıq və gözəllik səndədir. Yenə də məni hidayət elə. Allahım, hər iki dünyamı gözəl et. Verdiklərini alma, rəhminlə nəzarət et, bizi öz başımıza buraxma”.









Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/188059.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR