Nazir: ""Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək"

Nazir: ""Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək"
15:22 16 Fevral 2017
125 Dünya
Ölkə mətbuatı
A- A+

"Fərat qalxanı" əməliyyatı Əl-Bab bölgəsindən sonra da davam edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyənin milli müdafiə naziri Fikri İşıq deyib.

Nazir qeyd edib ki, Əl-Baba nəzarət tamamilə ələ keçirilib, ərazidə təmizlik işləri aparılır:

"Fərat qalxanı" Əl-Babdan sonra da davam edəcək. Sırada Münbiç və Rakka bölgələri var".

F.İşıq hazırda Azərbaycanda səfərdə olan ABŞ-ın Baş Qərargah Rəisləri Komitəsinin sədri general Cozef Danfordun sabah Türkiyəyə gələcəyini bildirib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518155.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR