ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası Vyanada keçiriləcək

ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası Vyanada keçiriləcək
15:27 16 Fevral 2017
122 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ ATƏT Parlament Assambleyasının 16-cı qış sessiyası fevralın 23-24-də Vyanada keçiriləcək.
"Report" xəbər verir ki, sessiyanın açılışında Avstriya Milli Şurasının prezidenti Doris Byuresin, ATƏT PA-nın Kristin Mutonenin və ATƏT PA-nın gender bərabərliyi üzrə xüsusi nümayəndəsi Hedi Frayın çıxışı dinləniləcək.
Yekun birgə sessiyada ATƏT-in fəaliyyətdə olan sədri, Avstriya xarici işlər naziri Sebastyan Kurts və təşkilatın baş katibi Lamberto Zannyer çıxış edəcəklər.
Komitələrin iclasında sessiya iştirakçıları siyasətə dair mövzuları, təhlükəsizlik, iqtisadiyyat, ətraf mühit, insan hüquqları və humanitar məsələlər üzrə müzakirə aparacaqlar.

Xəbərin orijinal ünvanı: https://report.az/xarici-siyaset/atet-parlament-assambleyasinin-16-ci-qis-sessiyasi-vyanada-kecirilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR