Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kürdəmirdə vətəndaş qəbulu keçirəcək
15:32 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov fevralın 24-də Kürdəmir rayonunda vətəndaş qəbulu keçirəcək.
Komitədən "Report"a bildirilib ki, qəbulda yalnız Kürdəmir, Ucar, Göyçay, Zərdab rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq. Vətəndaş qəbulu saat 11:00-da Kürdəmirdə yerləşən Yeni Azərbaycan Partiyasının binasında olacaq.
Qəbulda qeyd olunan rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız Komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.
Qəbula yazılmaq istəyən vətəndaşlar Komitənin office@emdk.gov.az elektron ünvanına yaza və ya Komitənin Aparatı (012) 490 24 08, daxili 105 və 349) əlaqə saxlaya bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/emlak-meseleleri-dovlet-komitesinin-sedri-kurdemirde-vetendas-qebulu-kecirecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR