Əbülfəs Qarayev: “Azərbaycan Türkiyədən daha çox turist cəlb etmək istəyir”

Əbülfəs Qarayev: “Azərbaycan Türkiyədən daha çox turist cəlb etmək istəyir”
15:57 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

İstanbul. 16 fevral. REPORT.AZ/ “Bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr o qədər geniş inkişaf edib ki, bunu hansısa çərçivəyə salmaq düzgün olmaz. Bzim marağımız ondan ibarətdir ki, Türkiyədən Azərbaycana daha çox turist məqsədləri üçün gələn insanlar olsun”.
Bunu “Report”unTürkiyə müxbirinə açıqlamasında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qareyev deyib.
Nazir bunun üçün xüsusi proqramların hazırlandığını, şirkətlərlə danışıqlar və reklam kampaniyaları aparıldığını diqqətə çatdırıb: “Sevindirici haldır ki, Azərbaycan bu gün turizm dünya xəritəsində özünəməxsus yer tutub. Bu yerin genişləndirilməsi və onun inkişafına dair işlər görülməlidir”.
Ə.Qarayev eyni zamanda, iştirak etdiyi İstanbuldakı Beynəlxalq Turizm Forumu haqqında da fikirlərini bölüşüb. O qeyd edib ki, belə forumun keçirilməsi artıq ənənə halını alıb: “İstanbulda keçirilən forum bizim regionda ən mötəbər hadisələrdən biri sayılır. Azərbaycan da daimi olaraq forumda öz mövqeyini çox fəal nümayiş etdirir. Forum çərçivəsində bir neçə görüşdə iştirakımız nəzərdə tutulub. Türkiyədə fəaliyyət göstərən Azərbaycan turizm təmsilçiliyi bu işə fəal qatılıb”.




Xəbərin orijinal ünvanı: https://report.az/turizm-ve-sergiler/ebulfes-qarayev-azerbaycan-turkiyeden-daha-cox-turist-celb-etmek-isteyir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR