AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır

AZALJET Moskvadan Azərbaycanın regionlarına yeni reyslər açır
16:05 16 Fevral 2017
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Martın 15-dən etibarən AZALJET brendi ("Azərbaycan Hava Yolları"-nın aşağı büdcəli brendi) altında Moskvanın "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq.

"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri Airbus A320 təyyarələri ilə yerinə yetiriləcək.

"Vnukovo" Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 20:30-da. Qəbələ və Gəncədən uçuş - saat 20:30-da, "Vnukovo" Beynəlxalq Hava Limanına enmə - yerli vaxtla saat 22:20-də.

Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.

Aviabiletləri şirkətin www.azal.az saytında bronlaşdırmaq, AZAL-ın kassalarında və rəsmi agentliklərdə əldə etmək mümkündür.

Sözügedən reyslərdə sərnişinlər AZAL Miles bonus proqramından istifadə edə bilərlər. AZAL Miles bonus proqramı haqqında ətraflı məlumat aviaşirkətin rəsmi internet saytında verilmişdir: www.miles.azal.az Proqram iştirakçısı olmayan şəxslər onlayn qeydiyyatdan keçə bilər. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

(+99412) 598 88 80;
*8880

E-mail: callcenter@azal.az
AZAL Miles bonus proqramı ilə bağlı sualları ya azalmiles@azal.az email ünvanına və ya www.azal.az saytındakı əlaqə forması vasitəsilə göndərmək olar.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR