"Baş məşqçimizin bizdən tələbi odu ki..." - Riçard Almeyda

"Baş məşqçimizin bizdən tələbi odu ki..." -   Riçard Almeyda
16:07 16 Fevral 2017
107 İdman
Ölkə mətbuatı
A- A+

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan Premyer Liqasının XIX turunda “Qəbələ” ilə keçiriləcək oyun barədə fikirlərini bildirib. 


Fanat.Az klubun rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, braziliyalı futbolçu matça ciddi hazırlaşdıqlarını qeyd edib.

 

Almeyda rəqiblər arasında fərq qoymadıqlarını vurğulayıb: “Başqa rəqiblərə qarşı necə hazırlaşırıqsa, “Qəbələ”yə qarşı da eyni ciddiyyətlə, eyni peşəkarlıqla hazırlaşırıq. Çünki baş məşqçimizin bizdən tələbi odu ki, heç bir rəqib arasında fərq qoymayaq. Bu səbəbdən bütün rəqiblərə eyni gözlə baxırıq və eyni ciddiyyətlə hazırlaşırıq".

 

Qeyd edək ki, “Qəbələ” – “Qarabağ” matçı fevralın 19-da keçiriləcək. 


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotba-mqcimizin-bizdn-tlbi-odu-kiquot-t56307.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR