Moskvadan Azərbaycanın regionlarına yeni avireyslər açılır

Moskvadan Azərbaycanın regionlarına yeni avireyslər açılır
16:07 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Martın 15-dən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağı büdcəli "AZALJET" brendi altında Moskvanın (Rusiya) "Vnukovo" hava limanından Azərbaycanın regionlarına - Gəncə və Qəbələyə müntəzəm reyslərin yerinə yetirilməsinə başlanılacaq. 
Bu barədə "Report" AZAL-dan bildirilib. 
Məlumata görə, Moskva-Gəncə reysləri hər həftənin çərşənbə və şənbə günləri, Moskva-Qəbələ reysləri isə hər həftənin cümə axşamı günləri "Airbus A320" təyyarələri ilə həyata keçiriləcək. 
"Vnukovo" Beynəlxalq Hava Limanından (VKO) uçuş yerli vaxtla saat 15:10-da, Qəbələ Beynəlxalq Hava Limanına (GBB) və Gəncə Beynəlxalq Hava Limanına (KVD) enmə - saat 20:30-da olacaq. Qəbələ və Gəncədən saat 20:30-da uçan təyyarə, "Vnukovo" Beynəlxalq Hava Limanına yerli vaxtla saat 22:20-də enəcək.
Aviabiletlərin qiymətləri 49 avrodan başlayacaq (bir istiqamətdə). Baqajın daşınma qiyməti hər kiloqram üçün 2 avro təşkil edəcək.
Bu reyslərdə sərnişinlər "AZAL Miles" bonus proqramından istifadə edə bilərlər.

Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/moskvadan-azerbaycanin-regionlarina-yeni-avireysler-acilir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR