"Real" Qvardiolanın ulduzuna elçi düşüb

"Real" Qvardiolanın ulduzuna elçi düşüb
16:17 16 Fevral 2017
167 İdman
Ölkə mətbuatı
A- A+

"Real"ın maraq dairəsinə düşən futbolçulardan birinin kimliyi müəyyənləşib. Fanat.Az xəbər verir ki, "Kral Klubu" Pep Qvardiolanın başçılıq etdiyi "Mançester Siti"nin üzvü Nikolas Otamendiyə elçi düşüb.


"Real"dan Pepenin yayda Çin klublarından birinə transferi gözlənilir. Portuqaliyalı ulduz artıq buna işarə vurub. "Real" isə onun boşluğunu Otamendini transfer etməklə doldurmaq istəyir.


Qeyd edək ki, "Mançester Siti" Nikolas Otamendini 2015-ci ildə "Valensiya"dan 44,6 milyon avroya alıb. Hazırda "Transfermarkt" argentinalı ulduza 32 milyon avro qiymət qoyub.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotrealquot-qvardiolann-ulduzuna-elci-duub-t56308.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR