ABŞ-ın “soyuq müharibə”dən sonra ilk dəfə olaraq Rusiya sərhədlərinə əsgər göndərməsi ilə başlanan gərginlik bu gün Bakıda aydınlaşa bilər.
Publika.az xəbər verir ki, ABŞ Silahlı
Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef
Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri
Gerasimovun bu gün Bakıda keçirdikləri görüşdə Ukrayna və Suriya
ilə yanaşı, Amerika əsgərləri və hərbi texnikasının Şərqi Avropaya
gəlməsi məsələsi də müzakirə oluna bilər.
Gözləntilərə görə, Bakı görüşü “suların durulmasına”, gərginliyin
müvəqqəti də olsa azalmasına səbəb olacaq. Lakin NATO-nun bu gün
verdiyi qərar Bakı görüşü fonunda diqqətdən yayınmadı.
NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimal Alyansına
üzv ölkələrin müdafiə nazirləri Qara dənizdə qüvvələrin
gücləndirilməsi haqda qərar qəbul edib.
“Bu gün Qara dənizdə NATO hərbi dəniz qüvvələrinin gücləndirilməsi
ilə bağlı qərar qəbul etdik”, - deyə o bildirib.
Baş katib həmçinin, Rusiyaya güc tətbiqinə də çağırış edib: “Rusiya
ilə dialoqu güc mövqeyindən aparmaq və təmkin metodunu tətbiq etmək
lazımdır. Hansı ki, “soyuq müharibə” dövründə Qərb ölkələri məhz
belə edirdi”.
Y.Stoltenberqin bu sözləri faktiki olaraq, Rusiyaya “soyuq
müharibə” elan edilməsi deməkdir.
Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko bir
müddət öncə bəyan etmişdi ki, Şimal Alyansının Qara dənizdə
qüvvələrinin çoxaltması gərginliyi artacaq və regionda
təhlükəsizliyi partladacaq.
Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Qara dənizdə keçirilən
hərbi əməliyyatların görüntülərini yayıb. Ukrayna sərhədləri
yaxınlığında keçirilən təlimlər ABŞ və NATO-ya “əzələ nümayişi”
olaraq qiymətləndirilir.
ABŞ-Rusiya müharibəsi başlayır: Putin əmr verdi, tanklar DƏNİZƏ GİRDİ - FOTO/VİDEO
ABŞ-Rusiya müharibəsi başlayır