Bəzi ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul aparılacaq

Bəzi ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul aparılacaq
16:44 16 Fevral 2017
162 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanda tələbələr bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinin birinci kursuna müsabiqədənkənar qəbul oluna bilər. Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsindən APA-ya verilən xəbərə görə, bu məsələ nazirlik tərəfindən Nazirlər Kabinetinə göndərilən təklifdə öz əskini tapıb. Nazirliyin təklifində ali məktəblərdə hazırlıq fakültələrinin təşkili qeyd olunub. Təkliflərə əsasən, hazırlıq fakültələri özəl və regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradıla bilər. Bütün ixtisaslara şamil edilməyəcək qruplarda təhsil yalnız ödənişli əsaslarla aparılacaq.

 

 

Hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə, abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə həyata keçirilə bilər. Tədris ilində müvəffəqiyyətlə təhsil alanlar həmin ixtisas üzrə ali təhsil müəssisəsinin birinci kursuna müsabiqədənkənar qəbul olunaraq, təhsillərini ödənişli əsaslarla davam etdirə bilər. 

 

 

Qeyd edək ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkili məqsədilə Nazirlər Kabinetinin qarşısında təkliflə çıxış edib. Təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduğu təqdirdə ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267801

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR