"Bakı beynəlxalq danışıqlar üçün sınaqdan çıxmış meydançaya çevrilib"

"Bakı beynəlxalq danışıqlar üçün sınaqdan çıxmış meydançaya çevrilib"
16:47 16 Fevral 2017
76 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanın paytaxtı artıq iri beynəlxalq tədbirlərin və müxtəlif struktur rəhbərləri arasındakı siyasi görüşlərin keçirildiyi ikinci Cenevrəyə çevrilir.

Milli.Az bildirir ki, bu sözləri Trend-ə "Qərb" Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Onun sözlərinə görə, görüş yeri kimi Bakı təsadüfən seçilməyib. "Azərbaycan bir çox dünya nəhənginin maraqlarının kəsişdiyi bölgədə, Avropa ilə Asiyanın birləşməsində yerləşir. Bundan başqa, Bakıdan İrana, Rusiyaya, Türkiyə və Yaxın Şərqə aparan yollar keçir".

F.Sadıqov qeyd edib ki, Bakı aparıcı oyunçuların maraqlarının mərkəzinə çevrilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518192.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR