Putin: “NATO Rusiyanı qarşıdurmaya çəkir”

Putin: “NATO Rusiyanı qarşıdurmaya çəkir”
16:58 16 Fevral 2017
160 Dünya
Ölkə mətbuatı
A- A+

"NATO öz hərəkətləri ilə Rusiyanı təhrik edir və qarşıdurmaya cəlb etməyə çalışır".

Publika.az SİTA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiya iclasında deyib.

Dövlət başçısı xatırladıb ki, Rusiyanın güclənməsinin qarşısının alınması NATO-nun yeni rəsmi missiyası elan edilib. Putinin sözlərinə görə, bu məqsədlə blokun sonrakı genişlənməsi aparılır.

Prezident əlavə edib ki, Rusiyanın özündə stabilliyi pozmaq məqsədi ilə daxili işlərə müdaxilə cəhdləri dayanmır.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188079.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR