Azərbaycanın xarici ticarət dövriyyəsinin saldosu yanvarda 66% artıb

Azərbaycanın xarici ticarət dövriyyəsinin saldosu yanvarda 66% artıb
17:07 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan bu ilin yanvar ayı ərzində 117 ölkə ilə 1 254 680, 26 min ABŞ dolları həcmində ticarət əməliyyatı aparıb. 
“Report”un Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi xəbərə görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə, bu, 154 795,88 min dollar, yaxud 14,07% çoxdur.
Yanvarda aparılan ixrac əməliyyatlarının həcmi ötən ilin yanvarına nisbətən 147 551,78 min dollar, yaxud 22,46% artaraq 804 627,99 min dollar olub.
Bu ilin ilk ayında idxal əməliyyatlarının həcmində də artım qeydə alınıb. Belə ki, yanvarda idxalın həcmin 7 244,10 min dollar, yaxud 1,64% artıb və 450 052,27 min dollar olub.
Bu ilin idxal-ixrac əməliyyatlarında 354 575,72 min dollarlıq müsbət saldo yaranıb. Ötən illə müqayisədə müsbət saldo 140 307,68 min dollar, yaxud 65,48% artıb.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycanin-xarici-ticaret-dovriyyesinin-saldosu-yanvarda-66-artib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR