Belçika nümayəndə heyətinin başçısı: "Bakıdakı Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb" - FOTO

Belçika nümayəndə heyətinin başçısı: "Bakıdakı Milli Gimnastika Arenasında gözəl şərait yaradılıb" - FOTO
17:12 16 Fevral 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

Bakıdakı Milli Gimnastika Arenasında çox gözəl şərait yaradılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu batut gimnastikası və tamblinq üzrə Dünya kubokunda iştirak etmək üçün Bakıya gəlmiş Belçika nümayəndə heyətinin başçısı Annek Deveert deyib.

O bildirib: "Biz artıq arenada ilk məşqimizi keçirmişik. Onu demək istəyirəm ki, sizin arenada çox gözəl şərait yaradılıb. İstərdim ki, Belçikada da bu cür şərait yaradılsın".

Nümayəndə heyətinin başçısı qeyd edib ki, onlar yaxşı nəticəyə ümid edir: "Belçikanı bu il bir batutçu təmsil edəcək. Bu, yeni Olimpiya dövrünün birinci yarışıdır. Bəzi qaydalar dəyişib, idmançılar üçün çıxış etmək çətinləşib. Amma mən fikirləşirəm ki, yeni qaydalar ədalətlidir və ümid edirəm ki, idmançımız yaxşı nəticə göstərəcək".

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518208.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR