Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edildi

Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edildi
17:12 16 Fevral 2017
89 İdman
Ölkə mətbuatı
A- A+

Bu ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları haqqında icitimaiyyəti daha geniş məlumatlandırmaq məqsədilə Bakı-2017 Oyunlarının rəsmi heşteqləri elan edilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, təqdim olunan heşteqlərin hər biri daşıdığı məna baxımından bir-birindən fərqlənir. Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının tanınan simaları olmaq üçün Oyunlarla bağlı çəkilən şəkil və ya videolara münasib heşteqlerin yerləşdirilməsi kifayətdir.

Belə ki, ən maraqlı şəkillər seçilərək Bakı-2017 Oyunlarının "Facebook" səhifəsində (@Baku2017) paylaşılacaq.

Heşteqlerin daşıdığı mənalara gəldikdə:

#Baku2017 - Bakı-2017 Oyunlarına dair hər bir şəkilə və ya videoya şamil edilə bilər

#TeamSolidarity - heşteqi Bakı-2017 Oyunlarının könüllülərinə şamil olunur

#BakuMascots - heşteqi Bakı-2017 maskotları olan Qarabağ atları İncə və Cəsur üçün nəzərdə tutulur

#Baku2017Tickets - Bakı-2017 Oyunları biletlərinə şamil olunur

#DiscoverBaku - heşteqi gözəl Bakını kəşf edən hər kəsə şamil olunur

#MyBaku2017 - Bakı-2017 Oyunlarının ən interaktiv heşteqidir. Ən maraqlı paylaşım etmiş istifadəçinin bölüşdüyü şəkil və ya video Bakı-2017 Oyunlarının "Facebook" səhifəsində müəllif qeyd olunmaqla yerləşdiriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518199.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR