Bugünki valyuta hərracında satış 50 mln. dolları üstələyib

Bugünki valyuta hərracında satış 50 mln. dolları üstələyib
17:17 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondunun (ARDNF) iştirakı ilə bu gün keçirdiyi valyuta hərracında kommersiya banklarına 50 mln. ABŞ dollarından çox vəsait satılıb. "Report" bank dairələrindən aldığı məlumata istinadən xəbər verir ki, hərraca 35 mln. dollar vəsait çıxarılsa da sonradan tələbin çoxluğu nəzərə alınaraq bu həcm 16 mln. dollara yaxın artırılıb.
"Report" hesab edir ki, bugünki hərracda satılan vəsaitin artırılması son bir neçə hərracda satışa çıxarılan valyutanın satılmaması nəticəsində yaranan qalıq valyuta hesabına təmin edilib: "Xatırladaq ki, son hərraclarda valyutaya tələbatın azalması nəticəsində 60 mln. dollardan çox vəsaitə qənaət edildiyi ehtimal olunur. Bu vəsaitdən növbəti hərraclarda da əlavə olaraq istifadə edilməsi mümkündür. Bu da o deməkdir ki, növbəti hərraclara nəzərdə tutulan 35 mln. dollardan başqa əlavə 45 mln. dollarlıq kütlə də çıxarıla bilər". 
Qeyd edək ki, ARDNF-in dolların orta illik məzənnəsini 1,75 AZN/USD səviyyəsində ehtimal etməsi amili nəzərə alınmaqla, valyuta hərraclarına ümumilikdə 3,5 mlrd. dollar və ya hər bir hərraca 35 mln. dollara yaxın vəsait çıxarması planlaşdırılır.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/bugunki-valyuta-herracinda-satis-50-mln-dollari-usteleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR