Generalların görüş üçün Bakını seçməsinin daha bir SİRRİ AÇILDI – HƏRBİ MƏNBƏ

Generalların görüş üçün Bakını seçməsinin daha bir SİRRİ AÇILDI – HƏRBİ MƏNBƏ
17:28 16 Fevral 2017
191 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya Müdafiə Nazirliyindəki mənbə ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Danfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında hazırda Bakıda görüşün davam etdiyini açıqlayıb.

Publika.az
xəbər verir ki, “Vedomosti” saytına danışan mənbə görüşdə ABŞ və Rusiya arasında qarşılıqlı hərbi təsirin perspektivlərinin müzakirə olunduğunu deyib.

“Həmçinin, tərəflər hərbi hadisələrin qarşısının alınması məsələləri və dünyanın böhranlı regionlarında təhlükəsizlik sahəsindəki vəziyyət haqda fikir mübadiləsi aparır”, - deyə mənbə bildirib.

Hərbi mənbə qeyd edib ki, görüşün məhz Bakıda keçirilməsi təsadüfi deyil: “Dabford Yaxın Şərq üzrə səfərə çıxıb. Azərbaycan isə həm ABŞ, həm də Rusiya ilə hərbi sahədə yaxşı münasibətlərə malikdir”.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_xeber/188082.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR