Deputat: "Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır"

Deputat: "Bu fərman məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti addımdır"
17:32 16 Fevral 2017
369 Ölkə
Ölkə mətbuatı
A- A+

Bəzi məcburi köçkünlərin kommunal xidmət haqlarının onlar yeni yaşayış sahələrinə köçürülənədək dövlət hesabına ödənilməsi ilə bağlı prezident İlham Əliyevin fərmanı tam zamanında atılmış addımdır.

Milli.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

B.Əliyev bildirib ki, Prezident İlham Əliyev Azərbayan əhalisinin rifah halının yaxşılaşmasına, o cümlədən qaçqın və məcburi köçkünlərə xüsusi diqqət və qayğı göstərir: "Bu əlavə tədbirlərlə bağlı verilmiş fərman qaçqın və məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması üçün növbəti bir addımdır".

Deputat əlavə edib ki, məcburi köçkünlər fərmandan razılıqlarını bildirirlər: "Məcburi köçkünlər Azərbaycan prezidentinin yanında olduqlarını, onun siyasətini daim dəstəklədiklərini bildirirlər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/518217.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR