PFL prezidenti "Qəbələ" - "Qarabağ" oyununu izləməyə getməyəcək

PFL prezidenti "Qəbələ" - "Qarabağ" oyununu izləməyə getməyəcək
17:32 16 Fevral 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Qəbələ" və "Qarabağ" komandaları arasında keçiriləcək matçı tribunadan izləməyəcək. Bu barədə "Report"a R.Musayevin özü məlumat verib.
PFL prezidenti bildirib ki, çempionatı keçirən qurumun rəhbəri kimi onun üçün bütün oyunlar vacibdir: "8 klubun hər birinin matçında baş verə biləcək xoşagəlməz hadisəyə görə cavabdehəm. Oyunun baş hakimi, AFFA nümayəndəsi var. Mənim getməyim vacib deyil".
R.Musayev görüşü televiziya vasitəsilə izləyəcəyini deyərək, hər iki komandaya uğurlar arzulayıb: "Həm "Qəbələ", həm də "Qarabağ" Avropada sözlərini demiş komandalardır. İnanıram ki, azarkeşlər maraqlı oyun izləyəcəklər".
Qeyd edək ki, fevralın 19-da Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 17:30-da başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/pfl-prezidenti-qebele-qarabag-oyununu-izlemeye-getmeyecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR