Azərbaycan yığmasının üzvü xəsarət aldı, həkim tapılmadı - FOTO

Azərbaycan yığmasının üzvü xəsarət aldı, həkim tapılmadı - FOTO
17:37 16 Fevral 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Qadın həndbolçular arasında Azərbaycan çempionatı problemlə başlayıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, yarış həkimlər və təcili tibbi yardım maşını olmadan start götürüb.

Bunun da nəticəsi özünü çox gözlətməyib. "Azəryol" - "Nur" oyununun ilk dəqiqələrində birincilərin heyətində çıxış edən Yana Qornak ciddi xəsarət alıb. Həkimlərin olmamağı səbəbindən Azərbaycan yığmasının üzvünə ilkin tibbi yardım göstərilməyib.
 
Nəticədə federasiya rəhbərliyi sonradan təcili yardıma zəng edib. Onlar gələnə qədər ayağından ciddi zədə alan həndbolçunun səsi zalı bürüyüb. Xərək olmadığından, onu komanda yoldaşları meydandan qucaqlarında çıxarıblar.
 
Təcili yardım işçiləri sonradan gələrək, Qornakı xəstəxanaya aparıblar. 
 
Hal-hazırda davam edən oyunda yenə həkim yoxdu.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518216.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR