NATO-dan Rusiyaya XÜSUSİ ÇAĞIRIŞ

NATO-dan Rusiyaya XÜSUSİ ÇAĞIRIŞ
17:54 16 Fevral 2017
139 Digər
Ölkə mətbuatı
A- A+

NATO-nun baş katibi Yens Stoltenberq Rusiyanı Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaq qərarından vaz keçərək öz ordusunu Gürcüstan ərazisindən çıxarmağa çağırıb.

 

APA-nın “112.ua” saytına istinadən verdiyi xəbərə görə, Y. Stoltenberq bunu Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib.

 

“NATO Gürcüstanın ərazi bütövlüyü və təhlükəsizliyinə sıx bağlıdır. Biz Rusiyanın Gürcüstanın regionları – Abxaziya və Cənubi Osetiya ilə əlaqələrini dərinləşdirməsindən narahatlıq keçiririk. Biz Rusiyanı bu regionları tanımaq qərarından imtina etməyə və öz hərbi qüvvələrini Gürcüstan ərazisindən çıxarmağa çağırırıq”, - deyə baş katib vurğulayıb.  

 

Y. Stoltenberq NATO-nun Gürcüstanla əməkdaşlığı davam etdirəcəyini və bu ölkəyə NATO-ya üzvlük yolunda irəliləməsi üçün müvafiq praktik vasitələr təqdim edəcəyini söyləyib.

 

Xatırladaq ki, 2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra Rusiya bu bölgəni və Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267805

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR