VHP qərargahını dəyişir

VHP qərargahını dəyişir
17:57 16 Fevral 2017
113 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Vətəndaş Həmrəyliyi Partiyası (VHP) qərargahını dəyişir.
Bu barədə "Report"a VHP-nin Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib.
O bildirib ki, qərargah təmir ediləcək: "Partiyanın qərargahı təmir ediləcək, lift və istilik sistemi quraşdırılacaq. Ona görə müvəqqəti olaraq "Qanun" Nəşrlər Evində fəaliyyət göstərəcəyik. Təmir başa çatdıqdan sonra yenidən həmin binada fəaliyyətimiz davam edəcək".
Qeyd edək ki, VHP-nin qərargahı Bakının Xətai rayonunda, "Qanun" Nəşrlər Evi isə paytaxtın Nəsimi rayonunda yerləşir. Nəşrlər Evi VHP sədri Sabir Rüstəmxanlının qardaşı Şahbaz Xuduoğluna məxsusdur.

Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/vhp-qerargahini-deyisir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR