"Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platformadır"

"Azərbaycan yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platformadır"
17:57 16 Fevral 2017
97 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan bir çoxları tərəfindən yüksək səviyyəli görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.

Milli.Az bildirir ki, bu sözləri Trend-ə "İsrail-Azərbaycan" Assosiasiyasının baş direktoru Lev Spivak ABŞ və Rusiyanın Baş qərargah rəislərinin Bakıdakı görüşünü şərh edərkən deyib.

O deyib: "Azərbaycan artıq uzun zamandır ki, müxtəlif konfransları, görüşləri, tədbirləri qəbul edir və bu yolla da irəliləyir. Bunun bariz nümunəsi hər il keçirilən Qlobal Bakı forumudur".

Onun sözlərinə görə, Azərbaycan artıq bir çoxları tərəfindən həm forumların, həm də Azərbaycanla birbaşa bağlı olmayan kiçik formatlı görüşlərin keçirilməsi üçün əlverişli platforma kimi qəbul olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518226.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR