Ukraynada oğurlanan azərbaycanlılarla bağlı cinayət işi başladı - BAŞ PROKURORLUQ

Ukraynada oğurlanan azərbaycanlılarla bağlı cinayət işi başladı - BAŞ PROKURORLUQ
17:59 16 Fevral 2017
85 Digər
Ölkə mətbuatı
A- A+

Ukrayna Baş Prokurorluğu azərbaycanlıların oğurlanması və girov götürülməsi faktı üzrə Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət işi başlayıb, axtarışa başlanılıb.

 

Ukrayna Azərbaycanlıları Konqresinin Ali Məclisinin sədri Akif Gülməmmədov APA-ya bildirib ki, artıq cinayətkarların izinə də düşülüb və istintaq sirri olduğu üçün detallar açıqlanmır.

 

Ukrayna Cinayət Məcəlləsinin adam oğurluğu, soyğunçuluq və quldurluq maddələri üzrə cinayət işi başlandığını deyən A. Gülməmmədov bildirib ki, onlar işin gedişatı ilə mütəmadi məlumatlandırılır.

 

Məsələyə Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

 

Qeyd edək ki, son 2 ildə Ukraynada azərbaycanlı iş adamlarının və övladlarının oğurlanaraq pul müqabilində azad olunmaları hadisələri qeydə alınıb. Azərbaycanın baş prokuroru Zakir Qaralov ukraynalı həmkarı Yuriy Lutsenkoya müraciət edəndən sonra o, bu ölkədə yaşayan azərbaycanlılarla görüşüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267790

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR