Astanada Suriya üzrə danışıqlar başa çatıb

Astanada Suriya üzrə danışıqlar başa çatıb
18:02 16 Fevral 2017
99 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Suriya üzrə görüşdən sonra yekun sənədi barışıq zəmanətçiləri - Rusiya, İran və Türkiyə imzalayacaq. 
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, sənəddə Dəməşq və müxalifət nümayəndələrinin imzası olmayacaq.
Nümayəndə heyətlərinin birindəki mənbə TASS-a bildirib ki, Astanada Suriya üzrə danışıqlar başa çatıb, bu dəqiqələrdə plenar iclas yekunlaşıb: "Artıq bir sıra sənədlə bağlı razılıq əldə olunub, yaxın vaxtlarda yekun bəyanat elan olunacaq."
Bundan əlavə, RİA "Novosti" mənbəyə istinadən Rusiyanın, Türkiyənin və İranın atəşkəsin gücləndirilməsi üçün atəşkəsin monitorinqini aparacaq birgə qrup yaradılması haqqında sənədlə bağlı razılığa gəldiyini xəbər verib.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/astanada-suriya-uzre-danisiqlar-basa-catib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR