“Zirə” gürcüstanlı yarımmüdafiəçi ilə müqavilə bağlayıb

“Zirə” gürcüstanlı yarımmüdafiəçi ilə müqavilə bağlayıb
18:12 16 Fevral 2017
95 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə” klubu heyətini daha bir futbolçu ilə gücləndirib. 
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, gürcüstanlı mərkəz yarımmüdafiəçisi Giorgi Qoroziya ilə müqavilə bağlanılıb. 
22 yaşlı oyunçu ilə mövsümün sonuna qədər anlaşma əldə olunub. 
Qeyd edək ki, Giorgi Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi daha öncə vətənində Tbilisinin “Lokomotiv” və Kutaisinin “Torpedo” klubunda forma geyib. O, həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa Çempionatının yarımfinalına qədər yüksəlib.

Xəbərin orijinal ünvanı: https://report.az/futbol/zire-gurcustanli-mudafieci-ile-muqavile-baglayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR