Ötən il "Azneft"də yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 32 min ton əlavə neft əldə edilib

Ötən il "Azneft"də yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 32 min ton əlavə neft əldə edilib
18:22 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Yataqların işlənilməsi və istismarında, neft-qaz hasilatında yeni texnika, texnologiya və avadanlıqları tətbiq edən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi neftvermə əmsalının artırılması tendensiyasını 2016-cı ildə də davam etdirib.
Bu barədə “Report” SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, lift boruların təmizlənməsi üçün padus qurğularının istifadə dairəsi genişləndirilib, ''PADUS-2'' parafinkəsici qurğusunun “Neft Daşları” və N.Nərimanov adına neftqazçıxarma idarəsində ümumilikdə 73 quyuda tətbiq olunması 23 122 ton əlavə neft eldə edilməsi ilə nəticələnib. “Quyuların əsaslı və cari təmirində istifadə olunan tutucu, kəsici və köməkçi alətlər 4 quyuda tətbiq olunnub, 5 443 ton əlavə neft əldə edilib. Bundan başqa, 6 neftqazçıxarma idarəsində 9 quyuda hidrostatik qumtəmizləyici qurğunun sınağı aparılmış, müsbət nəticə alınıb. İlin sonunda isə həmin qurğudan daha 36-sı 7 quyuda tətbiq olunub. Yeni texnologiya kimi “Boru ştanqlı quyu nasos qurğusu” “Abşeroneft” NQÇİ-də 2 quyuda tətbiq olunub”.
Bildirilib ki, 2017-ci ildə bu texnologiyanın daha 20 quyuda tətbiqi planlaşdırılır. 
“Quyuların lift boruları tez-tez korroziyaya uğrayaraq deşilir. Korroziyanın qarşısını almaq məqsədilə şüşə-plastik nasos-kompressor boruların yeni texnologiya kimi tətbiqi müsbət nəticə verib. Artıq üç aydır ki, “Bibiheybətneft” NQÇİ-nin 3293 saylı quyusunda şüşə-plastik nasos-kompressor boruları tətbiq olunur. Ümumilikdə götürdükdə 2016-cı il ərzində “Azneft” İstehsalat Birliyi üzrə səmərəliliyin artırılması məqsədilə 226 obyektdə 24 adda yeni texnika və texnologiyanın tətbiqi nəticəsində 31,6 min ton əlavə neft əldə edilib ki, bu da əvvəlki illə müqayisədə 2,1 min ton çoxdur. Bu tədbirlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur”, - deyə məlumatda qeyd olunub.

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/oten-il-azneft-de-yeni-texnika-ve-texnologiyanin-tetbiqi-neticesinde-32-min-ton-elave-neft-elde-edi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR