Avropa çempionatının yarımfinalçısı rəsmən “Zirə”də

Avropa çempionatının yarımfinalçısı rəsmən “Zirə”də
18:27 16 Fevral 2017
104 İdman
Ölkə mətbuatı
A- A+

“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.Az xəbər verir ki, gürcü mərkəz yarımmüdafiəçisi Georgi Qoroziya bu gün “qartallar”ın sıralarına qoşulub. 22 yaşlı futbolçu mövsümün sonuna qədər "Zirə"nin formasını geyəcək.

Qoroziya “Zirə”yə Norveç çempionatının güclülər dəstəsində çıxış edən “Stabek” klubundan gəlib. 2014-cü ildən “Stabek”də çıxış edən yarımmüdafiəçi 62 oyun keçirib və 4 qol vurub. O, daha öncə vətənində Tiflis “Lokomotiv”i və Kutaisi “Torpedo”sunda forma geyinib.

Georgi həmçinin, Gürcüstanın U-17, U-19 və U-21 yığmalarında oynayıb. O, 20012-ci ildə Gürcüstanın U-17 komandası ilə Avropa çempionatının yarımfinalına qədər yüksəlib.

Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-avropa-cempionatnn-yarmfinalcs-rsmn-zird-t56311.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR