Prezident qapını çırparaq getdi - KİPR DANIŞIQLARI

Prezident qapını çırparaq getdi - KİPR DANIŞIQLARI
18:28 16 Fevral 2017
126 Dünya
Ölkə mətbuatı
A- A+

Cənubi Kipr lideri Nikos Anastasiadis ilə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı arasında dünən keçirilən görüşdə qalmaqal baş verib.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, yunan lider Lefkoşada BMT-nin nəzarətində keçirilən görüşü yarımçıq qoyub və qapını çırparaq gedib.

Qalmaqalın səbəbi Mustafa Akınçının həmkarına ENOSİS-in (1950-ci ildə adada Şərqi Ortadoks Kilsəsi ENOSİS - adanın Yunanıstana birləşdirilməsi lehinə referendum keçirib –red.) məktəblərdə tədris olunması ilə Cənubi Kipr parlamentinin qəbul etdiyi qərara etiraz etməsi olub. Akınçı Anastasiadisdən parlamentin qərarına qarşı çıxmasını və ləğv edilməsi üçün addım atmasını tələb edib.

Nikos Anastasiadis Siz də 20 iyulu (Türkiyə ordusunun Kipr Barış Hərəkatına başladığı gün –red.) qeyd edirsiniz” deyərək danışıqlar masasını tərk edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188090.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR