Komitə sədri: “Ailə münasibətlərini qanunlarla tənzimləmək mümkün deyil” - FOTOLAR

Komitə sədri: “Ailə münasibətlərini qanunlarla tənzimləmək mümkün deyil” - FOTOLAR
18:58 16 Fevral 2017
70 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Milli Məclisdə Parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsi tərəfindən “Ailə İnstitutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən olan “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı tədbir keçirilib.

Publika.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, bu böyük bir layihənin növbəti tədbiridir:

“Tədbirin əsas məqsədi ailədaxili münaqişələrin yaranma səbəblərinin və həlli yollarının araşdırılması, bu sahədə ictimai qınaq, sağlam ailə modelinin, ailə institutunun formalaşmasında adət - ənənələrin rolu, mövcud qanunvericiliyin ictimaiyyət nümayəndələri arasında təbliği, bu prosesdə maarifləndirmə işinin gücləndirilməsinə həsr olunub. Cəmiyyətin inkişafı ilk növbədə ailənin sabitliyindən, rifahından, ailə münasibətlərinin yüksək əxlaqi və mənəvi dəyərlər əsasında təşkilindən asılıdır. Buna görə də cəmiyyət həmişə ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışır. Ailə münasibətlərinin tənzimi üçün müxtəlif qanunvericilik aktlarından istifadə olunur. Ancaq ailə münasibətlərinin bütün çalarlarını qanunlarla tənzim etmək mümkün deyil. Bu baxımdan, müxtəlif qayğıların fonunda dözümlü ailə nümunələrini təbliğ etmək və həmçinin ictimaiyyətin diqqətini milli-mənəvi dəyərlər əsasında qurulmuş adət və ənənələrimizə cəlb etmək layihənin əsas məqsədlərindən biridir”.

Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Daxili İşlər, Ədliyyə, Səhiyyə nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi nümayəndələri, Milli Məclisin deputatları, İcra hakimiyyəti başçılarının müavinləri, psixologiya elmləri üzrə nüfuzlu alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri mövzu ətrafinda çıxış edərək, bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasının labüdlüyünü bildiriblər.

Tədbirdə nümunəvi ailə başçısı kimi ümummilli lider Heydər Əliyevə həsr olunmuş video-süjet və qanunvericilik aktlarından və rəsmi statistik rəqəmlərdən ibarət slayd nümayiş olunub.

Vasif Həsənli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/sosial/188099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR