Qaçırdığı avtomobili aşırdı, düşüb qaçdı - BAKIDA

Qaçırdığı avtomobili aşırdı, düşüb qaçdı - BAKIDA
18:59 16 Fevral 2017
91 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda polisin saxladığı şəxsin cinayət əməli üzə çıxıb. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilindiyinə görə tutulan Murad Heydərovun ətrafında Yasamal RPİ 29-cu PB əməkdaşları tərəfindən aparlıan əməliyyat tədbirləri ilə onun Bakı şəhər sakini Fuad Məmmədova məxsus "VAZ-21011" markalı avtomobili qaçırması, Yasamal rayonu ərazisində idarə edərkən maneəyə vuraraq aşırması və bu nəqliyyat vasitəsini hadisə yerində qoyaraq qaçması müəyyən edilib.

 

Həmin avtomobil Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən müvəqqəti duracağa yerləşdirilib.

 

 

Araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/267812

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR