FIFA prezidenti: "Bu layihəni genişləndirəcəyik"

FIFA prezidenti: "Bu layihəni genişləndirəcəyik"
19:05 16 Fevral 2017
83 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti Canni İnfantino 2022-ci ildə futbol üzrə dünya çempionatını qəbul edəcək Qətərə səfər edib. Qurumun rəhbəri 2026 mundialına ev sahibliyi etmək istəyən ölkələrə də mesaj verib. Milli.Az goal.az-a istinadən xəbər verir ki, italiyalı funksioner namizəd seçimində 2-4 ölkənin müştərək layihəsinə üstünlük veriləcəyini vurğulayıb.

"FİFA dünya çempionatını birlikdə keçirmək istəyən ölkələrin sayını artırmaq fikrindədir. Göstərmək istəyirik ki, uzunmüddətli perspektivdə stabillik barədə düşünürük. 2, 3 və ya 4 ölkə birgə iştirak üçün ərizə təqdim edə bilər. Onların hər birindən 3-5 stadion seçiləcək. Bu layihəni genişləndirəcəyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/518173.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR