Terrorçu məqbərəni partlatdı - 50 yaralı

Terrorçu məqbərəni partlatdı - 50 yaralı
19:23 16 Fevral 2017
93 Dünya
Ölkə mətbuatı
A- A+

Pakistanın Sehvan-Şərif şəhərində Lal Şahbaz Qələndərin məqbərəsi yaxınlığında partlayış baş verib.

Trend xəbər verir ki, vilayət polisinin verdiyi məlumata görə, 50 nəfər yaralanıb.

Məlumata görə, partlayış baş verən zaman sufi filosof və şair Qələndərin (Sayed Muhamməd Usman Mərvəndi) məqbərəsində ənənəvi sufi ritual həyata keçirldiyindən çox sayda ziyarətçi olub.

İlkin məlumatlara görə, partlayış terrorçu-intiharçı tərəfindən törədilib.

Polis nümayəndəsinin bildirdiyinə görə, partlayış məqbərənin həyətində, qapıların yanıdan baş verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/188101.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR