"Vurğuna vurğun gəlin" təqdim olundu

"Vurğuna vurğun gəlin" təqdim olundu
19:32 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Azərbacaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində teatrın istedadlı aktrisası, əməkdar artist, Prezident təqaüdçüsü Lətifə Əliyevanın ifasında yeni tamaşaya daxili baxış keçirilib. L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş yeni tamaşa "Vurğuna vurğun gəlin" adlanır.

Teatrın mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, tanınmış şair-dramaturq, Səməd Vurğun mükafatı laureatı Zaməddin Ziyadoğlunun görkəmli Azərbaycan şairi Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanan eyniadlı tamaşanın quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadır.

Məlumat üçün bildirək ki, "İlham bulağı", Vurğuna vurğun gəlin", "Tale yolum", "Turşməzə əhvalatlar", "Ümid çırağım", " "Borçalı nisgili", "60 ildən 60 yarpaq", "İzim, sorağım" və digər kitabların müəllifi olan Z.Ziyadoğlu "Səməd Vurğun", "Əliağa Şıxlinski", " XXI əsrin neftçisi" mükafatlarına layiq görülüb.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/518215.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR