“Vurğuna vurğun gəlin” tamaşası təqdim olunub

“Vurğuna vurğun gəlin” tamaşası təqdim olunub
19:42 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində əməkdar artist Lətifə Əliyevanın ifasında yeni tamaşaya daxili baxış keçirilib.
Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, L.Əliyevanın anadan olmasının 70 illik yubileyi münasibətilə təqdim olunmuş yeni tamaşa “Vurğuna vurğun gəlin” adlanır.
Bildirilib ki, tamaşa şair-dramaturq Zaməddin Ziyadoğlunun Səməd Vurğunun xatirəsinə həsr etdiyi pyes əsasında hazırlanıb.
Səhnə əsərinin quruluşçu rejissoru Gülnar Hacıyeva, səhnə tərtibatçısı Zəminə Elbir, musiqi tərtibatçısı Zaur Rəşidov, rejissor assistenti Günay Qasımovadır. 

Xəbərin orijinal ünvanı: https://report.az/i-ncesenet/vurguna-vurgun-gelin-tamasasi-teqdim-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR