İsrail səfiri Cocuq Mərcanlıdakı dağıntıların miqyasından narahatdır

İsrail səfiri Cocuq Mərcanlıdakı dağıntıların miqyasından narahatdır
19:42 16 Fevral 2017
89 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycanda akkreditə olunmuş xarici dövlətlərin diplomatik missiyalarının və beynəlxalq təşkilatların nümayəndələri ilə birlikdə Cocuq Mərcanlıda səfərdə olan İsrailin Azərbaycandakı səfiri Dan Stav kənddə dağıntıların miqyasından narahatlığını ifadə edib.

Milli.Az xəbər verir ki, bu barədə səfir Trend-ə açıqlamasında deyib: "Cocuq Mərcanlıda gördüklərimiz Azərbaycanla Ermənistan arasında uzanmış münaqişə barədə real təəssüratları formalaşdıra bilər. Bu kənddə 1994-cü ildən bəri yaşayan ailə ilə tanış olmaq çox təsirli idi".

Səfir məcbur köçkünlərin qısa zamanda doğma yerlərinə qayıda biləcəyinə ümid etdiyini deyib: "İsrailin təcrübəsinə, eləcə də insanlarla dövlətlər arasında sülhün bərpa olunmasının məqsədəuyğunluğuna əsaslanaraq, İsrail ATƏT Minsk qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləyir. İsrail Azərbaycanın ərazi bütövlüyünü də dəstəkləyir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/518247.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR