Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan EKSKLÜZİV GÖRÜNTÜLƏR - VİDEO/FOTO

Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan EKSKLÜZİV GÖRÜNTÜLƏR - VİDEO/FOTO
19:48 16 Fevral 2017
6414 Şou
Ölkə mətbuatı
A- A+

Xəbər verdiyimiz kimi, xərçəng xəstəliyindən əziyyət çəkən rejissor Şahin Zəkizadə bu gün müalicə aldğı Tibb Universitetinin Tədris Terapevtik Klinikasında dünyasını dəyişib.
Publika.az xəbər verir ki, əməkdar artist Mehriban Xanlarova, prodüser Təranə Səmədova, Toma və big.az-ın əməkdaşı rejissorun vəfat etdiyi xəstəxanaya baş çəkib.
Şahin Zəkizadənin xalası oğlu Aqil Adiloğlunun verdiyi məlumata görə, Ş.Zəkizadənin dəfn mərasimi sabah təşkil olunacaq.
"Dəfn mərasimi sabah saat 12:00-da həyata keçiriləcək. Şahin günorta namazından sonra Maştağa Seyidlər məzarlığında torpağa tapşırılacaq".
A.Adiloğlu mərhum rejissorun xəstəliklə mübarizə apardığı o çətin günlərdən də danışıb:
" Şahin 6 gündür komada idi. Bu 6 gündə reanimasiyada saxlanıldı. Bu müddət ərzində bir dəfə də olsun yanına daxil olmamışam. Şahini o vəziyyətdə görməyə ürəyim tab gətirmirdi".
Mərhum rejissorun xalası oğlu mətbuatda Şahin Zəkizadənin ölüm xəbəri ilə bağlı yayılan dezinformasiyalara, rejissorun ölüm xəbərinin gizlədilməsində klinikanın günahlandırılmasına da münasibət bildirib:
"Tibb Universitetinin Tədris Terapevtik Klinikası Şahinin ölüm xəbərini gizlətməkdə ittiham edilir. Bunlar hamısı şayələrdir. Xəstəxananın bütün əməkdaşları, baş həkimdən tutmuş tibb bacısına kimi bütün heyət Şahinin səhhəti ilə həmişə maraqlanıb, ölüm xəbərini heç vaxt gizlətməyib. Yalan məlumatdır".

Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan EKSKLÜZİV VİDEO+FOTOLAR
Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan EKSKLÜZİV VİDEO+FOTOLAR
Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan EKSKLÜZİV VİDEO+FOTOLAR
Şahin Zəkizadənin rəhmətə getdiyi klinikadan EKSKLÜZİV VİDEO+FOTOLAR


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/188103.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR