Bakıda burnunu kəsdirib bəyənməyən qızdan ŞOK ADDIM

Bakıda burnunu kəsdirib bəyənməyən qızdan ŞOK ADDIM
19:52 16 Fevral 2017
141 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda estetik əməliyyat keçirən gənc qız həyatına son qoymaq istəyib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon sakini olan 21 yaşlı Aytən Qulamova (ad-siyad şərtidir) Şıxov çimərliyində dənizə girərək özünü suda boğmağa çalışıb.

Gənc qızın "Eldorado" otelinin yaxınlığında dənizə girdiyini görən şəxslər dərhal polis çağırıblar. Sahilə yığılmış şəxslərin çağırışından sonra A.Qulamova dənizdən çıxıb.

Məlum olub ki, A.Qulamova son vaxtlar burnundan 2 dəfə estetik əməliyyat keçirib. Lakin əməliyyatların nəticəsi onun ürəyincə olmayıb və gənc qız dərin stress keçirib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/518248.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR