Türkiyədə şəhid yaxınları Həcc ziyarətinə növbədənkənar gedəcəklər

Türkiyədə şəhid yaxınları Həcc ziyarətinə növbədənkənar gedəcəklər
19:57 16 Fevral 2017
144 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 fevral. REPORT.AZ/ Türkiyədə 2008-ci ildən 2017-ci ilədək Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən şəhid və veteran ailələri Həcc ziyarətinə püşkatmaya qatılmadan gedəcəklər.
"Report" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu addım Türkiyənin Dini İşlər üzrə İdarəsinin rəhbəri Mehmet Görməzin tələbi ilə atılıb.
Belə ki, şəhidlərin ana-atası, həyat yoldaşı və evlənməyən övladları püşkatma mərasiminə qatılmadan ziyarətə gedə biləcəklər.
Keçən il Həcc ziyarətinə 750 nəfər veteran və şəhid yaxını gedib. Bu il isə bu rəqəmin 4 min 500-ə yüksəldiləcəyi bildirilib.
Qeyd edək ki, Türkiyədə Həcc ziyarətinə getmək istəyən namizədlər üçün püşkatma mərasimni fevralın 24-də keçiriləcək. Həcc ziyarətinə getmək üçün qeydiyyatdan keçən namizədlərin sayı 2 milyondan çoxdur.

Xəbərin orijinal ünvanı: https://report.az/din/turkiyede-sehid-yaxinlari-hecc-ziyaretine-novbedenkenar-gedecekler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR