Bakıda bölüşdürülən DÜNYA, ABŞ-dan Türkiyəyə MÜHARİBƏ ELANI... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Bakıda bölüşdürülən DÜNYA, ABŞ-dan Türkiyəyə MÜHARİBƏ ELANI... - GÜNÜN SİYASİ XÜLASƏSİ
20:03 16 Fevral 2017
424 Digər
Ölkə mətbuatı
A- A+

Heç şübhəsiz ki, bu günün əsas hadisəsi ABŞ Silahlı Qüvvələrinin qərargah rəisləri komitəsinin sədri, general Cozef Dunfordla Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Bakıda görüşü idi. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyaya quru gücləri göndərməyi planlaşdırır. NATO-ya üzv ölkələrin müdafiə nazirləri Qara dənizdə qüvvələrin gücləndirilməsi haqda qərar qəbul edib. Donald Tramp adminitrasiyasının PKK terror təşkilatının Suriya qolu olan PYD-yə dəstək planları Türkiyəyə qarşı müharibə anlamına gəlir.

2014-cü ildən bəri Rusiya və ABŞ arasında ən yüksək səviyyəli ilk görüş məhz Bakıda keçirildi. Cozef Danfordla Valeri Gerasimovun görüşünun Vaşinqton və Moskva arasında Qara dəniz, eləcə də Şərqi Avropada gərginliyin artması fonunda keçirilməsi diqqət çəkir.

Burada əsas məsələlərdən biri isə “Görüş üçün məkan olaraq niyə məhz Bakının seçilməsi”dir. “Nyu-York Times” nəşri bu məsələyə aydınlıq gətirməyə çalışıb. Nəşrin hərbi mənbələrindən əldə etdiyi məlumata görə, görüşlə bağlı razılığın əldə edilməsi üçün aylar sərf olunub.

ABŞ və Rusiya: müharibə, yoxsa... - Generalların qapalı Bakı görüşünün SİRRİ

Müharibə, yoxsa...

Trampdan ermənilərə BÖYÜK ZƏRBƏ: “907-ci düzəliş” ləğv edilir, Qarabağ... İrəvan TƏŞVİŞDƏ

Bakının nüfuz mərkəzi olaraq beynəlxalq güclərin münasibətlərini ayırd etməsinə ev sahibliyi etməsi Ermənistanda ciddi təşvişə qarşılanıb. Ermənistanın “lragir” saytı Bakı görüşünün ABŞ-Azərbaycan münasibətlərində yeni mərhələ ola biləcəyini yazıb.

Sayt qeyd edir ki, Azərbaycanın İsraillə münasibətləri Bakı-Vaşinqton xəttində mühüm rol oynayır. “Lragir” Azərbaycana qarşı olan “907-ci düzəliş”in ləğvinin mümkünlüyünə toxunub. Qeyd edək ki, “907-ci düzəliş” 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Amerikanın Azərbaycana birbaşa dövlət yarıdımını qadağan edən düzəlişdir.

Trampdan ermənilərə BÖYÜK ZƏRBƏ: “907-ci düzəliş” ləğv edilir, Qarabağ... İrəvan TƏŞVİŞDƏ

Trampdan ermənilərə daha bir ZƏRBƏ

Beynəlxalq təşkilatlar Dağlıq Qarabağda qanunsuz "referendum"u tanımayacaqlar. Bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib: “Həqiqət ondan ibarətdir ki, bütün dünya, beynəlxalq qurumlar birmənalı şəkildə dərk edirlər ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu, müvafiq qətnamələrdə də öz əksini tapıb. Problemin bu günə qədər həll olunmaması bu yanaşmanın dəyişməsi anlamına gətirmir. Beynəlxalq təşkilatlar da bu qənaətdədirlər, Azərbaycan dövləti və Azərbaycan xalqı da qəti şəkildə Dağlıq Qarabağla bağlı öz mövqeyini ortaya qoyub. Prezident İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, heç bir halda Azərbaycan ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Heç bir qarış torpağımız Azərbaycan ərazisindən qoparılıb ayrıla bilməz".

Baş nazirin müavini vurğulayıb ki, Dağlıq Qarabağın müstəqilliyi, Azərbaycandan ayrılması müzakirə mövzusu deyil, olmayıb və olmayacaq.

Cozef Danfordla Valeri Gerasimovun Bakıda görüşdüyü bir gündə NATO-nun verdiyi qərar diqqətdən yayınmadı. NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Şimal Alyansına üzv ölkələrin müdafiə nazirləri Qara dənizdə qüvvələrin gücləndirilməsi haqda qərar qəbul edib.

Baş katib həmçinin, Rusiyaya güc tətbiqinə də çağırış edib: “Rusiya ilə dialoqu güc mövqeyindən aparmaq və təmkin metodunu tətbiq etmək lazımdır. Hansı ki, “soyuq müharibə” dövründə Qərb ölkələri məhz belə edirdi”.

Y.Stoltenberqin bu sözləri faktiki olaraq, Rusiyaya “soyuq müharibə” elan edilməsi deməkdir. Rusiyanın NATO yanında daimi nümayəndəsi Aleksandr Qruşko bir müddət öncə bəyan etmişdi ki, Şimal Alyansının Qara dənizdə qüvvələrinin çoxaltması gərginliyi artacaq və regionda təhlükəsizliyi partladacaq.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi dünən Qara dənizdə keçirilən hərbi əməliyyatların görüntülərini yayıb. Ukrayna sərhədləri yaxınlığında keçirilən təlimlər ABŞ və NATO-ya “əzələ nümayişi” olaraq qiymətləndirilir.

"NATO öz hərəkətləri ilə Rusiyanı təhrik edir və qarşıdurmaya cəlb etməyə çalışır". Bu sözləri Rusiya prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FTX) kollegiya iclasında deyib.

Dövlət başçısı xatırladıb ki, Rusiyanın güclənməsinin qarşısının alınması NATO-nun yeni rəsmi missiyası elan edilib. Putinin sözlərinə görə, bu məqsədlə blokun sonrakı genişlənməsi aparılır: “NATO-nun keçənilki Varşava sammitində Rusiya 1989-cu ildən sonra ilk dəfə Alyansın təhlükəsizliyi üçün əsas təhdid kimi tanındı”.

Prezident əlavə edib ki, Rusiyanın özündə stabilliyi pozmaq məqsədi ilə daxili işlərə müdaxilə cəhdləri dayanmır.

Suriya prezidenti Bəşər Əsəd isə Fransanın “Europe-1” radiostansiyasının efirində Qərbə mesajlarını verib. O, bildirib ki, Qərb suriyalıların əvəzinə Suriyanın gələcəyini müəyyən etmək hüquqlarına malik deyil.

“Qərb seçə bilməz ki, Suriya üçün hansı daha yaxşıdır: mən və ya “İslam dövləti”. Bunu yalnız Suriya vətəndaşları edə bilərlər”, - Əsəd deyib.

Dövlət başçısının sözlərinə görə, Qərb ölkələri lap əvvəldən Suriya müxalifətinə dəstək verməklə səhvə yol verib: “Onlar deyirdilər ki, bunlar dinc nümayişçilərdir. Amma sonra anladılar ki, bunlar dinc nümayişçilər deyil, İŞİD kimi terror qruplaşmalarının döyüşçülərindən söhbət gedir".

O, həmçinin bildirib ki, Suriya ilə bağlı qərarları Moskva yox, Dəməşq verir: “Prezident Vladimir Putin Suriya ilə bağlı qərarlar vermir. Biz özümüz bu qərarları qəbul edirik. Rusiya bizim suverenliyimizə hörmət edir. Ruslar heç vaxt bizimlə məsləhətləşməmiş heç bir şey etməyiblər. Rusiyanın yardımı olmasaydı, ölkədəki situasiya daha pis olardı”.

Türkiyə ordusu və Azad Suriya Ordusunun “Fərat Qalxanı” hərəkatı çərçivəsində keçirdiyi Əl-Bab əməliyyatı başa çatıb. Bu haqda Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar Qətərin paytaxtı Dohada jurnalistlərə açıqlamasında deyib.

“Gözümüz aydın, Əl-Bab əməliyyatı bitdi”, - deyə general bildirib. Baş qərargah başçısı hazırda bölgədə təmizlik aparıldığını söyləyib.

Bu gün Astanada Suriya üzrə plenar öncəsi ikitərəfli görüşlər başlayıb. Görüşlər Rusiya, İran və Türkiyənin vasitəçiliyi, eləcə də İordaniya, BMT və Suriyanın hökumət və silahlı müxalifət nümayəndələrinin iştirakı ilə keçirilir.

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Suriyaya quru gücləri göndərməyi planlaşdırır. Hazırda əsas sual bu gücün hansı qüvvələrə dəstək olaraq göndəriləcəyi ilə bağlıdır.

Pentaqondakı mənbələrə görə, ABŞ 82-ci desant diviziyasının 2-ci briqadasından 2 min əsgəri Suriyaya göndərəcək.

Suriyada hazırda PKK terror təşkilatının Suriya qolu olan PYD-nin liderlik etdiyi Suriya Demoratik Güclərinə (SDG) hərbi təlim keçən 500 ABŞ əsgəri var. Pentaqonunun göndərmək istədiyi quru gücünün SDG-yə dəstək olaraq göndərilib-göndərilməyəcəyi dəqiq olaraq məlum olmasa da, son bir il ərzində baş verən hadisələr müəyyən ehtimallar irəli sürməyə imkan verir.

Türkiyənin düşməni ilə işğala hazırlaşır - TRAMPIN PLANI

Pentaqondakı mənbələrə görə, ABŞ 82-ci desant diviziyasının 2-ci briqadasından 2 min əsgəri Suriyaya göndərəcək.

Rəsmi Vaşinqton bir sıra ərəb ölkələri ilə İrana qarşı hərbi alyansın yaradılmasını müzakirə edir. Bu barədə “The Wall Street Journal” qəzeti xəbər verib.

Alyansa Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və İordaniya qatıla bilər. Gələcəkdə alyansa digər ərəb ölkələrinin də qoşulması nəzərdə tutulub.

NATO-da olduğu kimi, alyansın hər hansı üzvünə hücum olarsa, buna təşkilatın bütün üzvlərinə yönəlmiş hücum kimi baxılacaq. Məlumata görə, hazırda alyansın iş prinsipinin detalları hazırlanma mərhələsindədir.

"Fox News"un məlumatına görə, İslam inqilabı Keşikçiləri Korpusu "Qüds" qvardiyasının komandanı general Qasim Süleymani Rusiyaya gizli səfər edib. Məlumatda ABŞ-ın məxfi xidmətinə istinad edilib.

"Fox News"un iddiasına görə, fevralın 14-də axşam Rusiyaya yollanan Q.Süleymani "Watcher" aviaşirkətinin sərnişin təyyarəsindən istifadə edib. O, Moskvada bir sıra Rusiya rəsmiləri ilə gizli görüşlər keçirib.

Danışıqlarda Rusiya Federasiyasının Səudiyyə Ərəbistanı daxil olmaqla, Fars körfəzi ölkələrinə silah satışının əsas mövzu olduğu bildirilir. Q.Süleymani bu ölkələrlə sövdələşmələrə yenidən baxılmasını istəyib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) rəsmiləri "Fox News"un məlumatını şərh etməkdən yayınıblar. Dövlət Departamentidə isə Q.Süleymaninin Rusiyaya səfəri barədə məlumatın olmadığı bildirilib.

Xatırladaq ki, əvvəllər də Q.Süleymaninin Vladimir Putin və Sergey Şoyqu ilə Moskvada görüşləri barədə məlumatlar yayılıb. O, 2012-ci ilin avqustundan Suriyadakı fəaliyyətinə görə ABŞ-ın sanksiyalar siyahısına əlavə edilib.

Fəthullahçı Terror Təşkilatına (FETÖ) qarşı həyata keçirilən əməliyyat zamanı həbs olunan Kahramanmaraş Lider İşadamları Dərnəyinin (KALİDA) rəhbəri Mahir Keçe haqqında hazırlanan iddianamədə iştirak edən gizli şahidin ifadəsi şok effekti yaradıb. Gizli şahid 2010-cu ildə dövrün baş naziri Rəcəb Tayyib Ərdoğanı nar suyu ilə zəhərləmək istədiklərini etiraf edib.

“Mahir Keçə 2010-cu ildə bir toplantıda o dövrün baş naziri olan Rəcəb Tayyib Ərdoğanı zəhərli nar suyu ilə zəhərlənəcəyini söylədi”, - deyə gizli şahid bildirib.

Cənubi Kipr lideri Nikos Anastasiadis ilə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Mustafa Akıncı arasında dünən keçirilən görüşdə qalmaqal baş verib. Yunan lider Lefkoşada BMT-nin nəzarətində keçirilən görüşü yarımçıq qoyub və qapını çırparaq gedib.

Qalmaqalın səbəbi Mustafa Akınçının həmkarına ENOSİS-in (1950-ci ildə adada Şərqi Ortadoks Kilsəsi ENOSİS - adanın Yunanıstana birləşdirilməsi lehinə referendum keçirib –red.) məktəblərdə tədris olunması ilə Cənubi Kipr parlamentinin qəbul etdiyi qərara etiraz etməsi olub. Akınçı Anastasiadisdən parlamentin qərarına qarşı çıxmasını və ləğv edilməsi üçün addım atmasını tələb edib.

Nikos Anastasiadis Siz də 20 iyulu (Türkiyə ordusunun Kipr Barış Hərəkatına başladığı gün –red.) qeyd edirsiniz” deyərək danışıqlar masasını tərk edib.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/188098.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR