"Matriks"in qəhrəmanı: "Ata olmaq istəmirəm" - FOTO

"Matriks"in qəhrəmanı: "Ata olmaq istəmirəm" - FOTO
20:22 16 Fevral 2017
Ölkə mətbuatı
A- A+

Aktyor Kianu Rivz "Esquire" jurnalının siması olub.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, jurnalının mart nömrəsinin üz qabığında çəkilməklə yanaşı, Kianu dərgiyə müsahibə də verib.

52 yaşlı aktyorun heç vaxt ata olmaq istəməməsi maraq doğurub:

"Artıq çox gecdir. Hər şey bitdi. Mənim 52 yaşım var, daha ata olmaq fikrində deyiləm".

Jurnalist aktyora 73 yaşında ata olan Mik Caqqeri nümunə göstərib fikrindən daşındırmağa çalışsa da, cəhdləri puça çıxıb. Belə ki, Kianu gec yaşda ata olmağın əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, K.Rivz heç vaxt evli olmayıb. 1999-cu ildə sevgilisi Cennifer Saym hamilə olub, lakin onun övladı ölü doğulub. Daha sonra isə Saym avtomobil qəzasında dünyasını dəyişib. O vaxtdan bəri Rivzin heç bir qadınla ciddi münasibətləri olmayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518261.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR