Soyuq havalarda çoxlu su için

Soyuq havalarda çoxlu su için
20:22 16 Fevral 2017
163 Ölkə
Ölkə mətbuatı
A- A+

Soyuq havalarda su içmək istəyinin azaldığını söyləyən mütəxəssislər, bu müddətdə fiziki hərəkətlərin də kifayət qədər edilmədiyini, bağlı mühitlərdə isə daha çox vaxt keçirildiyini izah etdilər. Yaxşı havalandırılmayan bağlı mühitlərin, fiziki hərəkətsizliyin və nizamsız qidalanmanın qrip infeksiyalarına səbəb olduğunu bildirən ekspertlər kafi maye qəbulunun bu baxımdan da əhəmiyyətli olduğunu dilə gətirdilər. Çünki yaxşı su istehlakıyla, bədən istiliyi tarazlıqda olur, zərərli maddələrin atılması, bədən funksiyalarının nizamlı işləməsində əhəmiyyətli rol oynayır. Hər gün 12-14 stəkan su içilməlidir. Bağlı mühitlər yaxşı havalandırılmalıdır.

Milli.Az deyerler.org-a istinadən bildirir ki, qoruyucu və gücləndirici təsiri olan vitamin ilə minerallar cəhətdən zəngin meyvə və tərəvəz istehlakı soyuq havalarda daha da əhəmiyyətli rol oynayır. Qış aylarında D vitamini qaynağı olan günəş şüaları qeyri-kafi olduğu üçün balıq ilə müdafiə sistemini gücləndirən qatıq istehlak edilməlidir. Siqaret çəkmək bədən müqavimətini azaldır. Bu səbəbdən siqareti həyatımızdan çıxarmalıyıq. Nizamlı qaydada idman etmək müdafiə sistemini gücləndirir. Yağışsız günlərdə açıq havada gəzinti və məşq edilməlidir. Nizamlı bir yuxunun immun sistemini gücləndirdiyi unudulmamalıdır. Qrip infeksiyalarına qarşı bu təkliflərə qulaq verilməlidir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517781.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR