Ərəblər Marsda şəhər salmaq istəyirlər - FOTO

Ərəblər Marsda şəhər salmaq istəyirlər - FOTO
20:42 16 Fevral 2017
170 Maraqlı
Ölkə mətbuatı
A- A+

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Marsda yaşamağa yararlı olan şəhər salmağı planlaşdırır. Belə ki, bununla bağlı "Mars 2117" layihəsi artıq təqdim edilib. Layihəyə əsasən şəhər robotlar tərəfindən inşa ediləcək.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, beynəlxalq təşkilatların və şirkətlərin tərəfdaşlığı ilə 100 il müddətində həyata keçiriləcək bu layihəni BƏƏ-nin vitse-prezidenti, Baş naziri və Dubayın hakimi Şeyx Məhəmməd bin Rəşid Əl Məktum sosial mediada elan edib. Onun sözlərinə görə, layihə biliklərin və elmi qabiliyyətlərin əldə olunmasına, universitetlərin araşdırma mərkəzlərinə çevrilməsinə və növbəti nəsillərdə liderlik stimulunun yaranmasına yönəlib. O deyib: "Digər planetlərdə yaşamaq insanların arzusudur. Məqsədimiz bu cür beynəlxalq layihələrə BƏƏ-nin rəhbərlik etməsidir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində





Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/518269.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR