Cahiliyyət bütlərini indi var-dövlət bütləri əvəzləyib

Cahiliyyət bütlərini indi var-dövlət bütləri əvəzləyib
20:47 16 Fevral 2017
83 Ölkə
Ölkə mətbuatı
A- A+

Cahiliyyət - tarixin bir dövrü deyildir ki, müəyyən zaman ərzində meydana gəlsin və zaman keçdikdən sonra isə tarixdə qalsın. Əslində təkrar oluna bilən ictimai hadisədir. Bizim bu müasir zamanımızda da cahiliyyətin ab və havasını hiss etmək olur. Kor-koranə təəssübkeşliklər, viranedici rəqabətlər, əxlaqi pozğunluqlar kimi. Bir xora kimi cəmiyyətin bədənində zahir olar.

Əgər tarixə nəzər salsaq, görərik ki, millətlərin hekəyələri bir-birinə çox bənzəyir və illər keçdikcə, təkrar olur. Ona görə də Məsum İmamlarımız (ə) bizlərə tarixdən ibrət götürməyi həmişə tövsiyə etmişdilər.
Necə ki, Əmirəl-möminin (ə) buyurur: "Sizin keçmişdəkiləriniz, əslində arzularının uzun olması və əcəllərini untmaqlarına görə həlakəta düşmüşdülər". (Erfan)
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Quran buyurur: "De: "Allah tərəfindən bir əhd-peyman almısınız - ki, Allah da heç vaxt öz əhd-peymanına xilaf çıxmaz - yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?!"". ("Bəqərə" 80).
Yəni, ey müsəlman! Elə bilmə ki, dinə gəldin və hər şey bitdi. Allah səni sevdi və sən nə etsən, ona göz yumacaqdır. Xeyr, belə deyildir.
Allah heç kəslə qohum deyildir. Hər bir bəndə bu dünyada etdiyi bütün əməllərin hesabını bir gün verəcəkdir.
Əmirəl-möminin (ə) bu haqda buyurur: "Canıma and olsun ki, sizinlə və onlarla xüsusi əhd bağlanmamışdır. (Heç kəs Allahın əzabı qarşısında amanda deyildir). Hələ sizinlə onlar arasında çox da fasilə düşməmişdir. Ona görə də ey Allah bəndələri! İbrət götürün. Ata və qardaşlarınızın (dünyasını dəyişən)girovunda olduğu vəziyyəti və onun qarşısında verdikləri hesabı yada salın".
Əziz İmam (ə) bu nurani sözləri ilə buyurur ki, cahiliyyətin hələ də izləri qalmaqdadır və insanlar hələ də cahiliyyətə giriftardırlar. Sadəcə bütlərin forması dəyişibdir. Hər bir dinar və dirhəm indi büt sayılır.
Necə də o zamanın insanlarının halı bizə müasir insanları xatırladır. Necə ki, İmam onlara xitab edərək buyurmuşdu:
- Ey insanlar! Atalarınız çirkin əməllərə malik olmuşdular. Oğullarının halı heç də atalarının halından uzaq deyildir.
- Sizinlə keçmişdəkilərin eşitmək qüdrəti arasında fərq yoxdur.
- Siz atalarınızın cahil olduqları şey barəsində bir şey öyrənməmisiniz ki, bu səbəbə görə sizinlə onlar arasında fərq olsun.
İmam Əli (ə) öz dövrünün insanlarını cahiliyyət dövrünün insanlarına bənzədir və səbəbi də bu idi ki, onları günahdan çəkindirib, Allah və Peyğəmbərə (s) itaət etməyə təşviq etsin.
Biz də bir qədər öz vəziyət və halımıza nəzər salaq və müsəlman olmağımız ilə qürurlanmaq yerinə, müsəlmana layiq olan işlərlə məşğul olaq. Cahiliyyət dövrünün çirkin əməllərindən çəkinək və onu cəmiyyətimizdən və ailəmizdən uzaqlaşdırmağa çalışaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/517771.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR