Çirkli hava hər il milyonlarla insanın ölümünə səbəb olur

Çirkli hava hər il milyonlarla insanın ölümünə səbəb olur
20:57 16 Fevral 2017
108 Dünya
Ölkə mətbuatı
A- A+

Çirkli hava dünyada geniş yayılan ölüm səbəblərindən beşincisidir. ABŞ-ın "Health Effects" İnstitutunun mütəxəssisləri çirklənmiş havadan neçə insanın zərər çəkdiyini hesablayıblar. Məlum olub ki, 2015-ci ildə çirkli hava 4,2 milyon insanın ölümünə səbəb olub. Bu rəqəmin böyük hissəsi (2,2 milyon) Hindistan və Çinin payına düşür.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, çirkli hava Yer planeti sakinlərinin 92 faizinə pis təsir edir. Çirkli hava xərçəng, ürək-damar, xroniki respirator xəstəliklərinin yaranma riskini yüksəldir. Hindistan və Çinə gəldikdə isə burada çirkli havadan yaranan xəstəliklərin ölümlə nəticələnməsi daha çox müşahidə edilir. Bu ölkələrin hər birində ildə bir milyondan çox adam ölür.

Dünya Səhiyyə Təşkilatı müəyyən edib ki, havanın və torpağın çirklənməsi, kimyəvi maddələrin təsiri, iqlim dəyişikliyi və ultrabənövşəyi şüalanma səbəblərindən 100-dən çox xəstəlik və travma yaranır.

Səmərəsiz nəqliyyat növləri, yanacaq və zibilin yandırılması, kömürlə işləyən elektrik stansiyaları və sənaye müəssisələrinin fəaliyyəti ətraf mühiti daha çox çirkləndirir. Səhra ərazilərlə qonşu regionlarda toz qasırğaları da bu işə öz "töhfəsini" verir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/518271.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR